Mexaniki Keramoqranit Sistemləri

Keramika Fasad Sistemləri binaların xarici səthinə tətbiq olunan fasad sistemlərindən biridir. Keramika fasad sistemləri binanın xarici səthinə alüminium konstruksiyalı klipslər, kanallar və ya yapışdırıcılarla tətbiq olunur. Bu növ fasad sistemlərinə isə xüsusi olaraq, ləkələnmədiyinə və atmosferdəki dəyişikliklərdən təsirlənmədiyinə, hətta istilik müqavimətinə görə daha çox üstünlük verilir. Keramika fasad sistemlərində istifadə olunacaq materialın növü və tətbiq olunacaq üsullar binanın yerləşdiyi mövqəyə və istiqamətinə görə müəyyən olunur.

Klips Sistemi
Klips sistemi keramika fasad örtüklərində bu şəkildəki kimi tətbiq olunur. Keramika paslanmayan polad görünüşlü klipslərlə, daşıyıcı alüminium profillərlə quraşdırılır və bu kimi müvafiq şəkildə tətbiqi peşakar və təcrübəli komandamız tərəfindən təmin edilir. Bu halda çox qənaətcil və təhlükəsiz keramika örtük sisteminə sahib olacaqsınız. Bu klipsil keramika fasad üzlük sistemi isə bütün ölçülərə uyğun tətbiqlərə malikdir.

Gizli Kanal Sistemi
Keramika fasad sistemlərində gizli kanal sistemi isə bu şəkildəki kimi tətbiq olunur. Keramika alüminium klipslərin köməyi ilə daşıyıcı struktura bərkidilir. Gizli kanal sistemlərinin ümumi olaraq ölçüləri 60×60 sm, 60×120 sm və 50×100 sm kimi materiallarla tətbiq olunur. Həmin materiallar isə heç bir dərəcə arasında elastikliyini itirmir və demək olar ki, ən möhkəm materiallardan biridir. Keramika fasad örtükləri sistem infrastrukturunda istifadə olunan izolyasiya təbəqələri və digər sistemlərdə olmayan daxili hava boşluğu ilə enerji istifadəsini nəzarət altında saxlayır.

Keramika Fasad Sistemlərinin Faydaları
Keramika fasad sistemlərinin faydaları əslində keramika materialının faydalarına bərabərdir. Keramika fasad sistemlərinin sayəsində tətbiq olunan binanın xarici səthi nəfəs almağa başlayacaq və beləliklə həm bina, həm də xarici üzlük daha uzun ömürlü və sağlam olacaqdır. Keramika fasad örtüyü hava şəraitindən asılı olaraq təsirlənmir və enerji səmərəliliyi tələblərinə uyğundur. Həmçinin, keramika fasad üzlükləri zəlzələ üçün də təhlükəsiz və yanğına davamlıdır. Keramika fasad örtüklərinin tətbiq sürəti son dərəcə funksional və praktikdir.