Skaylayt Sistemləri

Skaylayt Fasad Sistemləri müasir binalarda təbii işıqlandırma problemlərini estetik bir şəkildə həll edir. Sistem memarlıq layihəsinə uyğun olaraq, əsas daşıyıcı polad konstruksiyaya bərkidilmiş profillərdən və onlara birləşdirilmiş kondensat kanalları olan şaquli və üfüqi alüminium profillərdən ibarətdir.

Layihədə arzu olan istilik izolyasiya dəyərinə, rənginə və qalınlığına görə seçilən izolyasiya şüşə şərtlərinə uyğun olaraq, alüminium profillər üzərinə yerləşdirildikdən sonra şaquli elementlərin fitilləri və qapaqları quraşdırılır. Skaylayt (İşıqlıq) Fasad Sistemləri otellərdə, xəstəxanalarda, iri ticarət mərkəzlərində, qapalı hovuzlarda və idman zalları kimi bir çox binalarda istifadə olunur.

Skylight (Skaylayt və ya İşıqlıq) Fasad Sistemləri

  • Təbii işıqdan istifadə edilərək parlaq və aydın məkanlar yaratmaq üçün nəzərdə tutlmuşdur.
  • Kondensat kanallı və ya kanalsız tətbiq oluna bilər.
  • Həm üfüqi örtüklə, həm də şaquli örtüklü silikonla tətbiq oluna bilər.
  • Tətbiqi və istehsalı praktik bir sistem üçün nəzərdə tutlmuşdur.
  • Sistemi daşıyan polad alt konstruksiyaları bağlamaq üçün uyğun daxili örtük alternativləri var.
  • Şüşə və polikarbonat təbəqələrin tətbiqi imkanı var.
  • Çoxlu məhsul çeşidinə malik olmaqla yanaşı, həm də qənaətcildir.