Şüşə, Aluminium və Paslanmaz Məhəccərlər

Eser Yapı şirkəti olaraq, müştərilərimizin sifarişləri əsasında bir çox pilləkən məhəccərlər modelləri istehsal edirik. İstehsal etdiyimiz pilləkən məhəccərləri arasında paslanmayan pilləkən məhəccərləri, alüminium pilləkən məhəccərləri, şüşəli pilləkən məhəccərləri, dəmir pilləkən məhəccərləri və taxta pilləkən məhəccərləri vardır. Ümumiyyətlə pilləkənlərin, eyvanların və ya hovuz kənarlarına təhlükəsizliyi təmin etmək və bununla yanaşı estetika əlavə etmək üçün istifadə edilən məhsullara məhəccərlər deyilir.

İstifadə məqsədinə görə məhəccərlər müxtəlif modellərdə istehsal oluna bilər. Pilləkənlər və ya eyvanlardan başqa həmçinin, evlərdə, bağlarda, asma mərtəbələrdə və bir çox yerlərdə tez-tez məhəccərlərdən istifadə olunur. Müştərilərimizin sifarişləri əsasında tikinti materialı olaraq, məhəccərlərin istehsalında alüminium, taxta, dəmir və plastik materiallardan istifadə edirik.

Müştərilərimiz tərəfindən bu gün ən çox sifariş edilən məhəccərlər arasında alüminium məhəccərlərə daha çox üstünlük verilir. Bunun səbəbi isə alüminium materialın yüngül və asanlıqla sökülə bilməsidir. Məhəccər sistemlərində modələ görə qiymət dəyişsə də, alüminum məhəccərlər ən sərfəli modellər sırasındadır. Hər rəngdə istehsal oluna bildiyi üçün alüminium pilləkən məhəccərləri rəngli məhəccər istəyən müştərilərimizin ilk seçimləri arasındadır.