Xarici Görünüş Əhəmiyyət Kəsb Edir!

Eser Yapı, sektorda standartları ən yüksək səviyyədə həyata keçirməyi hədəfləyən mütəxəssis komanda ruhuna malik bir şirkətdir. 2007-ci ildən dizayn və tətbiq sahələrində fəaliyyət göstərən şirkətimiz müasir memarlıq prinsipləri ilə paralel xidmət göstərir, layihələrin əsas mərhələlərində keyfiyyət və estetikanı ortaya qoyan detalları peşəkarcasına idarə edir.

Eser Yapı Şirkəti 2007-ci ildə Azərbaycanın Bakı şəhərində yerləşən fabrikində aluminium doğrama, cəbhə sistemləri, kompozit panel, fasad keramoqranit işlərinin uyğulaması ilə məşğul olan müəssisə kimi fəaliyyətinə başlamışdır.

Firmamız fasad sistemləri üzrə hündür binalar, alış-veriş mərkəzləri, yaşayış məntəqələri və xəstəxanaların tikintisi zamanı lider olmuşdur. İşgüzar fəaliyyət göstərən və bir çox istehsalçı şirkətlər ilə investor kimi əməkdaşlıq edən Eser Yapı Şirkəti 100-dən çox işçi qüvvəsinə malikdir. Biz başda Azərbaycan və Türkiyə olmaqla Afrika, Avropa və Asiya ölkələrində də xidmət göstəririk.

Artıq 10 ildən çoxdur ki, geniş bir coğrafiyada tətbiq etmə və mühəndislik sahələrində bir marka halına çevrilən firmamız, xüsusilə də ERP sistemi (Online iş və işçi nəzarəti) ilə idarə olunan bir iş sistemi qurmuş, layihələndirmə, memarlıq, mühəndislik, planlaşdırma, təklif, satın alma, emal etmə və quraşdırma, mühasibatlıq və maliyyə, insan resursları kimi sahələrdə əldə etdiyi mühüm təcrübə nəticəsində öz mütəxəssislik sahəsini formalaşdırmışdır.

Eser Yapı şirkəti uzun illərdir ki, bütün layihələrini uğurla həyata keçirir, bir çox sahədə müxtəlif ölkələrdə və müəyyən şərtlər altında mühüm təcrübələr qazanmışdır. Tikinti sektorunda əldə etdiyi uğurlarını peşəkar işçi heyətinə və maşın parkına yatırdığı investisiya yolu ilə inkişaf etdirib.

Firmamız öz sektorundakı etibarlılığını və iş keyfiyyətini sübuta yetirmiş, müştəri məmnuniyyətini qazanmış, işçi heyətinin gücünə və yaratdığı sistemə inanan, ətraf mühit və işin təhlükəsizliyi baxımından heç bir xətaya yol verməyən bir konsepsiyanı mənimsəmiş, gənc, təcrübəli və peşəkar kadrlara malik, təşkilatçılıq sahəsindəki təcrübəsi ilə dəyər yaradan bir markadır.

Missiya

İnkişafa açıq olan rəhbərliyimiz, məhsullarımızı və bazardakı rəqiblərimizi gənc və dinamik heyətimizlə yaxından izləyir, məlumatları ən yaxşı şəkildə toplamaq, daxili koordinasiya və əlaqəni inkişaf etdirməklə toplanan məlumatlara qərar vermək və müştərilərimizlə təsirli ünsiyyət və məlumat mübadiləsi edərək ən yüksək fayda təmin etmək.

Gələcəyə Baxış

Müştərilərimiz və həll tərəfdaşlarımızla yaratdığımız etimad çərçivəsində dünyadakı inkişaf və meylləri yaxından izləyərək ilkləri öyrənən, daim yeniləyən və reallaşdıran bir təşkilat olmaq.

Keyfiyyət siyasətimiz

Daxili və xarici müştəri yönümlü bir qurum olmaq hədəfinə uyğun olaraq keyfiyyət menecmenti sistemini, iş proseslərini və onları həyata keçirən insan resurslarını inkişaf etdirərək xidmətlərimizin keyfiyyətini artırmaq.